Bank Of Baku

Yan Kubiş: “BMT-də Azərbaycanla bağlı qətnaməni ATƏT-in Minsk Qrupunun mövqeyini nəzərə alaraq dəstəkləməmişik” - EKSKLÜZİV

Yan Kubiş: “BMT-də Azərbaycanla bağlı qətnaməni ATƏT-in Minsk Qrupunun mövqeyini nəzərə alaraq dəstəkləməmişik” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 24 aprel 2008 15:55 (UTC +04:00)
- Azərbaycanla Slovakiya arasında siyasi, iqtisadi və mədəni münasibətlərin mövcud səviyyəsini necə dəyərləndirirsiniz?
- Slovakiya ilə Azərbaycan arasında gözəl dostluq münasibətləri var. Biz Azərbaycanla başda ticarət və iqtisadiyyat olmaqla, balanslaşdırılmış və qarşılıqlı maraq doğuran əməkdaşlıq münasibətlərinin qurulmasına maraqlıdır. Həmçinin iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi ölkələrimiz arasında o qədər də çox qarşılıqlı səfər həyata keçirilməyib. İkitərəfli münasibətlərin məhdud xarakter daşımasının səbəbi odur ki, ikitərəfli iqtisadi əməkdaşlıq potensialından lazımınca istifadə edilməsində böyük problemlər var. Azərbaycanın təbii resurslarını və Slovakiyanın texnologiyasını nəzərə alsaq, bu potensialdan yararlanmaq hər iki tərəf üçün sərfəli olardı. Bu istiqamətdə səylərimizin təcrübi müstəviyə keçirilməsi üçün ölkələrimiz arasında əməkdaşlığın münasib bazisini formalaşdırmaq lazımdır. Slovakiya enerji sahəsində əməkdaşlıqdan başqa, bizim iş adamlarımızı maraqlandıran sahələrə sərmayə yatırmağa dəvət edən Azərbaycanın bu təşəbbüsünü alqışlayır. Slovakiya, həmçinin digər Cənubi Qafqaz respublikaları kimi, Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesini dəstəkləyir. Bundan başqa Avropa İttifaqı 2006-cı ildə Cənubi Qafqaz ölkələri ilə Fəaliyyət Planı imzalayıb, bununla da, Azərbaycan Avropa Qonşuluq Siyasətinə qoşulub. Biz inanırıq ki, qeyd etdiyimiz əməkdaşlıq mexanizmi Azərbaycanın səylərinə cavab verir. Azərbaycanın rəsmi dairələrini bir daha əmin etmək istəyirəm ki, Slovakiya Avropa İttifaqına qəbul olmaq istiqamətində əldə etdiyi təcrübəni ölkənizlə bölüşməyə hazırdır.
- Slovakiya BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” qətnaməni niyə dəstəkləməyib? Bu amil ölkələrimiz arasında münasibətlərə təsir göstərə bilərmi?
- Slovakiya BMT-yə üzv ölkələrin hər hansı məsələni BMT Baş Assambleyasının gündəliyinə daxil etmək, bu məsələ ilə bağlı BMT Xartiyasına uyğun şəkildə qərar çıxarılması hüququnu tanıyır və bu hüquqa hörmətlə yanaşır. Biz bu məsələdə öz mövqeyimizi Avropa İttifaqında təmsil olunan tərəfdaşlarımızla koordinasiya etmişik, həmçinin ATƏT-in Minsk Qrupunun mövqeyini nəzərə almışıq. Slovakiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlik bütün addımları dəstəkləmək mövqeyinə sadiq qalmaqda davam edir. İnanırıq ki, ATƏT-in malik olduğu mexanizmlər Dağlıq Qarabağda mövcud münaqişənin həllində aparıcı rol oynayacaq. Biz ATƏT-in Minsk Qrupunun münaqişənin sülh, ədalət və uzunmüddətli həllinə yönəlmiş cəhdlərini və həyata keçirdiyi vasitəçilik missiyasını tam şəkildə dəstəkləyirik.
- Azərbaycana qarşıdakı səfirinizin əsas məqsədi nədir?
- Mənim səfərimin məqsədi Slovakiya-Azərbaycan münasibətlərinin bütün spektrini araşdırmaq, ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək perspektivlərini müəyyənləşdirməkdir. Digər tərəfdən Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi fürsətdən istifadə edərək Azərbaycanın Avropa Şurası, ATƏT, BMT və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirməsi məsələsini müzakirə etmək istəyirəm. Səfər zamanı, həmçinin bu əməkdaşlığın səviyyəsini dəyərləndirmək fürsətim də olacaq.
- Azərbaycanda prezident seçkisi öncəsi situasiyanı necə dəyərləndirirsiniz?
- Oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin həyatında mühüm mərhələ olacaq. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətinin bu seçkilərə hazırlığına yardım etmək üçün bu günlərdə xüsusi fəaliyyət planı qəbul edib. Bu fəaliyyət planının əsasını seçkiqabağı təbliğat kampaniyasının və seçkilərin media tərəfindən lazımınca işıqlandırılmasını, seçkilərin təşkili ilə məşğul olan orqanların təmsilçiləri üçün treninqlərin keçirilməsini və ictimaiyyət arasında maarifləndirmə işinin aparılmasını nəzərdə tutur. Seçkilər ərəfəsində beynəlxalq standartlara tam cavab verən yeni Seçki Məcəlləsinin qəbulu çox vacibdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, eləcə də Avropa Şurasının Venesiya Komissiyasının dəstəyi nəticəsində bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Lakin seçki komissiyalarının tərkibi kimi mühüm məsələ hələ də gündəmdə qalmaqdadır. Ümidvaram ki, bütün siyasi qüvvələrin marağını təmin edən konsensusa əsaslanan həll variantı tapılacaq. Yeni Seçki Məcəlləsinin qəbulu ilə yanaşı, onun seçkilərin azad və ədalətli keçirilməsinə qarantiya verəcək şəkildə həyata keçirilməsi vacibdir. Ümid edirəm ki, seçki prosesi mediada hərtərəfli şəkildə işıqlandırılacaq və aksiyaların keçirilməsinə lazımi imkanlar yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR