Bank Of Baku

Əli Həsənov: “Avropa Şurası Nazirlər Komitəsinin tövsiyə xarakterli qərarı Azərbaycan hakimiyyəti tərəfindən öyrənilir”

Əli Həsənov: “Avropa Şurası Nazirlər Komitəsinin tövsiyə xarakterli qərarı Azərbaycan hakimiyyəti tərəfindən öyrənilir”
# 25 aprel 2008 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov jurnalistlərin suallarını cavablandırarkən deyib. Şöbə müdiri bildirib ki, bu tövsiyələrin çoxu Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına müvafiq şəkildə nəzərə alınacaq: “Azərbaycan şəraitinə uyğun gələn, ölkədə gedən proseslərin yaxşılaşdırılmasına xidmət edən bütün tövsiyələrə müsbət yanaşırıq”. Həbsdə olan 3 jurnalistin azadlığa buraxılması ilə bağlı tövsiyəyə gəlincə, Ə. Həsənov qeyd edib ki, “Aqo” qrupunun hazırladığı məruzədə prezidentin fərmanı ilə 6 jurnalistin əfv olunması müsbət qiymətləndirilib: “Sənəddə imkan daxilində hakimiyyət tərəfindən 3 jurnalistin də azadlığa buraxılması məsələsinə baxılması, prezident seçkilərinə bütün istiqamətlərdə effektiv hazırlıq görülməsi tövsiyə edilib. Bütün tövsiyələr öyrənilir. Seçkinin şəffaf və demokratik keçirilməsi istiqamətində bütün zəruri addımlar atılacaq”. Şöbə müdiri müxalifətin kütləvi etiraz aksiyalarına başlayacağı ilə əlaqədar bəyanatına şərh verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR