Bank Of Baku

Urmiyada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər

Urmiyada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər
# 25 aprel 2008 08:07 (UTC +04:00)
Eyni zamanda əhalini qeyri-azərbaycanlılara, əsasən da sonradan bölgədə məskunlaşan kürd namizədlərə səs verməməyə çağırıb. Urmiyadan qeyri-azərbaycanlı seçdirildikdən sonra isə birlik hökumətin qərarlarını boykot etməyə çağıran təbliğata başlayıb. S. İsabəyli deyib ki, aprelin 23-də qurumun Azərbaycan musiqisi və şerlərindən ibarət təşkilat etdiyi ədəbi-bədii gecənin keçirilməsinə isə icazə verilməyib. Birliyin akt zalına toplaşan azərbaycanlılar buna etirazlarını bildirmək üçün binanın yerləşdiyi Urmiya şəhərinin Mafi küçəsinə çıxaraq, yürüş keçirməyə başlayıblar. Aksiyada “Haray, haray, mən türkəm!”, “Yaşasın Azərbaycan!” və başqa şüarlar səsləndirilib. Aksiya polisin müdaxiləsindən sonra dağıdılıb, saxlanılanlar haqda məlumat verilməyib. Növbəti gün hüquq-mühafizə orqanlarının birliyin ofisində keçirilən əməliyyat-axtarış tədbirlərindən sonra isə qurumun fəaliyyətinə qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR