Bank Of Baku

Azərbaycan və türk diasporunun nümayəndələri ermənilərin Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməsinin qarşısını alıblar- FOTOSESSİYA

Azərbaycan və türk diasporunun nümayəndələri ermənilərin Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməsinin qarşısını alıblar- <font color=#FF0000>FOTOSESSİYA</font>
# 25 aprel 2008 08:11 (UTC +04:00)
Amerika Azərbaycan Cəmiyyətinin Vaşinqton üzrə təmsilçisi Bədir Məmmədlinin APA-ya verdiyi məlumata görə, bu il keçirilən “etiraz nümayişi” ABŞ paytaxtında yaşayan Türkiyə və Azərbaycan diasporlarının ciddi əks addımları ilə müşahidə olunub. Belə ki, bu il ilk dəfə olaraq Türkiyə və Azərbaycan diasporlarının fəalları Türkiyə səfirliyinin qarşısında canlı sipər yaradaraq, erməniləri binaya yaxınlaşmağa qoymayıblar. Nəticədə ermənilər polisin müşayəti ilə küçənin əks tərəfinə keçməyə məcbur edilib. Eyni zamanda türk icmasının nümayəndələri həm say, həm də təşkilatçılıq baxımdan erməniləri xeyli qabaqlayıblar. Ermənilərin qondarma ittihamlarına cavab olaraq hər iki icmanın nümayəndələri ermənilərin 1915-ci ildə Şərqi Anadoluda və 1992-ci ildə Xocalıda törətdikləri vəhşilikləri əks etdirən plakatları nümayiş etdiriblər. Azərbaycanlı fəallar isə “Qarabağdan və Azərbaycandan çıxın” plakatlarını qaldırıblar. Bütün bunları görən ermənilər əlacsızlıqdan vaxtından əvvəl etiraz aksiyalarını bitirməyə məcbur olublar. Türk icmalarının nümayəndələri onları Türkiyənin himni və “Sarı Gəlin” mahnısının sədaları altında yola salıblar. Tədbirdən sonra Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy və səfirlik işçiləri Türkiyə və Azərbaycan diasporunun üzvləri qarşısına çıxaraq, onlara minnətdarlıqlarını bildiriblər. Səfir bundan sonra da erməni yalanlarına qarşı mübarizənin davam etdirilməsinin vacibliyini qeyd edib.














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR