Bank Of Baku

Azərbaycan ombudsmanı separatçı Dağlıq Qarabağ rejiminin “ombudsmanı”nın seçilməsini pisləyən bəyanat yayıb

Azərbaycan ombudsmanı separatçı Dağlıq Qarabağ rejiminin “ombudsmanı”nın seçilməsini pisləyən bəyanat yayıb
# 25 aprel 2008 08:45 (UTC +04:00)
Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bəyanatda bildirilir ki, artıq 20 ildir Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsində separatçı qüvvələrdən ibarət qanunsuz rejim fəaliyyət göstərməkdədir: “Zaman-zaman qondarma rejim tərəfindən beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri kobud şəkildə pozularaq bir sıra “seçkilər” keçirilib, lakin heç bir hüquqi qüvvəyə malik olmayan bu “seçkilər” təbii olaraq dünya birliyi tərəfindən tanınmayıb, əksinə, aparılan sülh danışıqlarına zərərli bir addım kimi qiymətləndirilib. Bu baxımdan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “ombudsmanının seçilməsi” ilə bağlı qeyri-hüquqi hərəkət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi danışıqlarına zərər yetirmək, bir daha dünya ictimaiyyətini çaşdırmaq məqsədini daşıyır. Bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan Respublikasının qanunları əsasında yaradılmış qurumlar hüquqi statusa malikdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilmiş Ombudsman ölkə ərazisində yaşayan bütün əhalinin, o cümlədən Dağlıq Qarabağ bölgəsində yaşayan əhalinin hüquqlarının müdafiəsində səlahiyyətlidir. İnanıram ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən digər “seçkilər” kimi, bu “seçkinin” də nəticəsi dünya birliyi və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq, regional və milli qurumlar tərəfindən tanınmayacaq, beynəlxalq hüquq normalarının kobud pozuntusu kimi qiymətləndiriləcəkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR