Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyaya səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyaya səfəri başlayıb
# 25 aprel 2008 09:08 (UTC +04:00)
APA-nın Estoniya XİN-ə istinadən yaydığı məlumata görə, Elmar Məmmədyarov bu gün Estoniyanın baş naziri Andrus Ansip, xarici işlər naziri Urmas Paet, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək. Görüşlər zamanı əsasən Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətləri inkişafı, Azərbaycanın NATO və Avropa İttifaqı ilə qarşılıqlı əlaqələri, Estoniyanın bu strukturlara inteqrasiyada ölkəmizə dəstək imkanları müzakirə olunacaq. Tərəflər həmçinin Avropa Qonşuluq SiyasətiŞ enerji təhlükəsizliyi, Cənubi Qafqazda regional inkişaf, GUAM ölkələri ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaq. Görüşlərin yekunu olaraq iki ölkənin xarici işlər nazirləri birgə brifinq keçirəcəklər. Qeyd edək ki, Estoniyanın xarici işlər naziri ötən ilin oktyabrında Azərbaycanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR