Bank Of Baku

MSK-da media nümayəndələri üçün “Seçkilər kütləvi informasiya vasitələrində ” mövzusunda seminar keçirilir

MSK-da media nümayəndələri üçün “Seçkilər kütləvi informasiya vasitələrində ” mövzusunda seminar keçirilir
# 25 aprel 2008 09:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Azərbaycan Seçki Komissiyası (MSK) və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə “Seçkilər kütləvi informasiya vasitələrində ” mövzusunda seminar işinə başlayıb. APA-nın məlumatına görə, seminarda ölkədə fəaliyyət göstərən 35 media qurumunun təmsilçisi iştirak edir. Tədbirə ATƏT-in Bakı ofisinin rəhbərliyi, Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşları, MSK rəhbərliyi qatılıb. MSK sədri Məzahir Pənahov qurumun media əməkdaşlığa üstünlük verdiyini deyib: “Biz həmişə mətbuatla açıq olmuşuq. MSK-da jurnalistlərin bilmədiyi heç bir iş görülməyib”. O, seçki prosesində maarifləndirilmə işlərinin davam etdiriləcəyini deyib. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola seçkidə medianın xüsusi rolunun olduğunu deyib: “Hətta bəzən medianın rolunun partiyalardan da çox olduğu bildirilir. Statistikaya görə, Azərbaycanda əhalinin bir hissəsi qəzet oxuyur, amma 90 faizi televiziyaya baxır. Bu səbəbdən televiziya kanallarının seçkilərdə xüsusi fəallıq göstərməsi vacibdir”. Seminarda MSK üzvü Azər Tağıyev “Prezident seçkiləri zamanı KİV-də seçkiqabağı təşviqatın aparılması” mövzusunda məruzə ilə çıxış edib. Tədbir günün sonunda yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR