Bank Of Baku

Məzahir Pənahov: “MSK president seçkilərində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verəcək”

Məzahir Pənahov: “MSK president seçkilərində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verəcək”
# 25 aprel 2008 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “2008-ci ilin payızında keçiriləcək prezident seçkilərində Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verəcək, bu təşkilatlarla daha sıx əlaqələr quracaq”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bundan əvvəlki seçkilərdə də beynəlxalq təşkilatlarla əməkdaşlığa həssas yanaşılıb: “Bütün ölkələrdə seçkilərin demokratik keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi vacibdir. Bu gün Azərbaycan vətəndaşları prezidentin seçkilərin demokratik keçirilməsi üçün nümayiş etdirdiyi siyasi iradə ilə fəxr edə bilərlər. Ölkə rəhbərliyi bu il keçiriləcək seçkilərin demokratik olması üçün tələb olunan bütün prinsipləri əsas götürür”. MSK sədri seçkilər ilə əlaqədar cəmiyyətdə və partiyalarda aktivliyin müşahidə olunduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR