Bank Of Baku

Əli Həsənov: “Biz istəyirik ki, mediada, elektron kütləvi informasiya vasitələrində tənqidlər etika çərçivəsində olsun”

Əli Həsənov: “Biz istəyirik ki, mediada, elektron kütləvi informasiya vasitələrində tənqidlər etika çərçivəsində olsun”
# 25 aprel 2008 09:56 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Mən düşünmürəm ki, bu gün Azərbaycanda “qara piar” kampaniyası həyata keçirilir”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, belə bir hal olsaydı, o zaman müxalifət mətbuatı kampaniya aparanlar siyahısının başında gedərdi: “Biz istəyirik ki, mediada, elektron kütləvi informasiya vasitələrində tənqidlər etika çərçivəsində olsun. Azərbaycan jurnalistikası əxlaq kodeksi çərçivəsində işləməyi öyrənməli, başqa insanların hüquqlarına, şərəf-ləyaqətinə hörmətlə yanaşmağı bacarmalı və bunu tətbiq etməlidir. Azərbaycan cəmiyyəti açıq, demokratikdir. Amma bu, o demək deyil ki, əlində qələm, mikrofon, çiynində kamera olan insanlar başqaları ilə yüksək tonda danışmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR