Bank Of Baku

Bakıda “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda konfrans keçirilib

Bakıda “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda konfrans keçirilib
# 25 aprel 2008 10:42 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov Azərbaycanda azad sözün, müstəqil mətbuatın formalaşmasında Heydər Əliyevin böyük rolunun olduğunu bildirib: “Heydər Əliyev mətbuatın inkişafı üçün daim yardımlar edib, bu məsələni həmişə diqqət mərkəzində saxlayıb”. Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin Azərbaycan mətbuatına daim diqqət, qayğı göstərdiyini bildirib. MŞ sədri H. Əliyevin qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, KİV-lərin əlavə dəyər vergisindən azad olunması və s. addımlarını xatırladıb. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyevin Azərbaycanın müstəqil media tarixinə düşən ilk dövlət başçısı olduğunu deyib. Şöbə müdiri bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda media azadlığa çıxıb, senzura ləğv olunub, mətbuatla bağlı tarixi sərəncamlar imzalanıb. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə qeyd edib ki, mərhum prezidentin ANS kanalına olan münasibəti elə Azərbaycanda müstəqil sözə olan münasibəti idi. O, H. Əliyevin mətbuata münasibətdə səmimi olduğunu qeyd edib. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə qeyd edib ki, H. Əliyev mətbuata Azərbaycanda dördüncü hakimiyyət kimi münasibət bəsləyib, zamanında senzuranın ləğvi barədə qərar verməklə alternativ informasiya mənbələrinin, azad sözün məhv olmasının qarşısını alıb. H. Əliyevin hakimiyyətdə olduğu dövrdə mətbuatın, azad sözün inkişafı sahəsində fəaliyyəti barədə çıxış edən “AzərTAC”ın baş direktoru Aslan Aslanov bildirib ki, o, Azərbaycanda mətbuatın nüfuzunun artmasına daim böyük diqqət göstərib. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov H. Əliyevin mətbuat üçün açıq şəxs olduğunu qeyd edib. Baş redaktor onun mətbuatı daim mövzu ilə təmin etdiyini, jurnalistlərlə təmasda olmaqdan zövq aldığını deyib. “Azərbaycanda milli ruhlu jurnalistlərin yetişməsində Heydər Əliyevin böyük rolu var” deyən YAP icraçı katibinin müavini Mübariz Qurbanlı H. Əliyevin heç bir zaman mətbuatın suallarından yayınmadığını vurğulayıb. ”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə Azərbaycan jurnalistlərinin H. Əliyevin dövründə cənnət yaşadıqlarını bildirib: “Heydər Əliyev Azərbaycan mətbuatını məhv olmaqdan xilas edib”. Tədbirdə ANS kanalının çəkdiyi, Heydər Əliyevin mətbuatla münasibətlərinə həsr olunan film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR