Bank Of Baku

Norveçin xarici işlər naziri Azərbaycan Dillər Universitetində məruzə ilə çıxış edəcək

Norveçin xarici işlər naziri Azərbaycan Dillər Universitetində məruzə ilə çıxış edəcək
# 25 aprel 2008 10:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Aprelin 29-da Bakıya rəsmi səfər edəcək Norveç Krallığının xarici işlər naziri Yonas Qahr Store Azərbaycan Dillər Universitetində məruzə ilə çıxış edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun keçən il dekabr ayında Norveçə səfəri zamanı birgə əməkdaşlığa dair bəyanatın imzalandığını xatırladan səfir deyib ki, Yonas Qahr Storenin səfəri zamanı müxtəlif istiqamətlərdə əməkdaşlığa dair müzakirələr aparılacaq. Bununla yanaşı səfir deyib ki, Norveç neft və qaz sahəsində Azərbaycanla öz təcrübəsini bölüşə bilər. Xatırladaq ki, səfər zamanı cənab Storenin prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclis sədri Oqtay Əsədov tərəfindən qəbul ediləcəyi, həmkarı Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR