Bank Of Baku

Piter Semnebi və Latviyanın xarici işlər naziri Cənubi Qafqaz regionunda vəziyyəti müzakirə ediblər

Piter Semnebi və Latviyanın xarici işlər naziri Cənubi Qafqaz regionunda vəziyyəti müzakirə ediblər
# 25 aprel 2008 10:52 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi dünən Latviyanın xarici işlər naziri Maris Pikstinslə görüşüb. Bu barədə APA-ya açıqlama verən Piter Semnebinin sözlərinə görə, Riqada keçirilən görüşdə əsas müzakirə mövzularından biri Avropa İttifaqının Cənubi Qafqaz regionunda fəaliyyəti ilə bağlı olub. Bundan başqa tərəflər Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planını, Latviyanın region ölkələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə Latviyanın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirləri, Avropa İttifaqının siyasət və təhlükəsizlik komitəsinin sədri İmants Liqis iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR