Bank Of Baku

Demokratik Seçki Mərkəzinin Sədrlər Şurasının toplantısı keçirilib

Demokratik Seçki Mərkəzinin Sədrlər Şurasının toplantısı keçirilib
# 25 aprel 2008 10:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratik Seçki Mərkəzinin (DSM) Sədrlər Şurasının toplantısı keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, yığıncaqda DSM-in Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair hökumətə və beynəlxalq təşkilatlara göndərilən təkliflər paketi müzakirə olunub. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) Bakı ofisinin ölkə üzrə direktoru Ceyk Consun da qatıldığı toplantıda Seçki Məcəlləsinin müvafiq müddəaları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, DSM-də Azadlıq Partiyası, AMDP, ACP, Təkamül Partiyası, Yaşıllar Partiyası, BAP, BQP, BAXCP və KXCP təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR