Bank Of Baku

Azərbaycan və Estoniyanın xarici işlər nazirləri iki ölkə arasında viza rejiminin ləğvi məsələsini müzakirə ediblər

Azərbaycan və Estoniyanın xarici işlər nazirləri  iki ölkə arasında viza rejiminin ləğvi məsələsini müzakirə ediblər
# 25 aprel 2008 15:56 (UTC +04:00)
APA-nın Estoniya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, görüşdə ikitərəfli əlaqələr, Cənubi Qafqaz regionunda mövcud durum, iqtisadiyyat, xüsusilə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Urmas Paet yaxın zamanlarda Estoniyada Azərbaycanın daimi səfirliyinin fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib. O, ilin sonuna yaxın iki ölkə arasında ikiqat vergitutmadan azad edilmə haqqında dövlətlərarası sazişin imzalanacağını bildirib: “Dağlıq Qarabağ münaqişəsinə gəlincə, biz bu problemin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll olunacağına ümidvarıq. Azərbaycan mühüm enerji təchizatçısı və tranzit imkanları olan ölkədir. Biz Xəzərin enerji resurslarının Baltik dənizi regionuna çatdırılmasında maraqlıyıq”. Görüşdə həmçinin ölkələr arasında viza rejiminin ləğvi, mədəniyyət və turizm sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR