Bank Of Baku

Azay Quliyev Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının koordinatorluğundan istefa verib

Azay Quliyev Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının koordinatorluğundan istefa verib
# 25 aprel 2008 16:33 (UTC +04:00)
Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) APA-ya verilən məlumata görə, iclasda Şuranın indiyədək gördüyü işlər, R. Səfərovun hüquqlarının müdafiəsi sahəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin Prezident yanında QHT Şurasına Dəstək Fondunun sədri seçilməsi ilə əlaqədar Koordinasiya Şurasının koordinatorluğundan istefası və yeni koordinator seçilməsi məsələləri müzakirəyə çıxarılıb. Koordinasiya Şurasının üzvü, millət vəkili Zahid Oruc Koordinasiya Şurasının KİV-lə və ictimaiyyətlə əlaqə üzrə işçi qrupunun rəhbəri, BAMF sədri Umud Mirzəyevin koordinator seçilməsi təklifini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub və U. Mirzəyev koordinator seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR