Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına müraciət edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına müraciət edib
# 25 aprel 2008 16:57 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətində İkinci Dünya müharibəsi zamanı faşizmin yəhudi xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin qurbanlarının hər il bütün mütərəqqi bəşəriyyət tərəfindən ürək ağrısı ilə yad olunduğunu bildirən dövlət başçısı bu dəhşətli kütləvi qırğında uşaqlara, qadınlara, qocalara belə aman verilmədən, milyonlarla insanın yalnız yəhudi millətinə mənsub olduğuna görə qəddar işgəncə və əzablarla məhv edildiyini xatırladıb: “1943-cü ilin aprelində Varşavada yəhudi gettosu məhbuslarının öz milli haqları uğrunda faşizmə qarşı qeyri-bərabər ölüm-dirim savaşına qalxması və bu şərəfli mübarizədə qəhrəmanlıqla həlak olması insani ləyaqətin şər və zorakılıq üzərində mənəvi qələbəsi kimi tarixə həkk olunub”.
Prezident İ. Əliyev bu qanlı cinayətə zamanında hüquqi-siyasi qiymət verildiyini, soyqırımı aksiyasının ideoloqları və təşkilatçılarının layiq olduqları cəzalarını aldıqlarını qeyd edib: “Lakin faşizmin yolverilməz təzahürləri müasir zəmanəmizin acı reallığına çevrilməkdə, milyonlarla insanın yaddaşını və taleyini narahat etməkdədir. Təəssüfə qeyd edirəm ki, bu cür müsibət Azərbaycandan da yan keçməyib. Son iki əsrdə, xüsusən də ötən yüzilliyin 80-ci illərinin sonlarından xalqımız dəfələrlə erməni faşizminin hərbi, siyasi, ideoloji irticasına məruz qalaraq soyqırımı, deportasiya, etnik təmizləmə kimi milli fəlakətlərlə üzləşməli olub. Biz bütövlükdə bəşər sivilizasiyasını, beynəlxalq sülhü və əmin-amanlığı təhdid edən hər cür irqçiliyi, milli-dini ayrı-seçkiliyi qətiyyətlə pisləyir, dünya birliyini belə hallara qarşı vahid və barışmaz mövqe nümayiş etdirməyə çağırırıq.
Əziz həmvətənlər!
Milli hüzn gününüzdə bir daha Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR