Bank Of Baku

Azərbaycan Dövlət Sərhəd Xidmətində Zərifə Əliyevanın 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Sərhəd Xidmətində Zərifə Əliyevanın 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 26 aprel 2008 08:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) akademik Zərifə Əliyevanın 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, təbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Məlahət Həsənova, Gülər Əhmədova və DSX-nin kollektivi iştirak edib. Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat veriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, tibb xidməti polkovnik-leytenantı Zərifə Əliyeva bütün yüksək elmi titullarına, uzun illər boyu cəmiyyətdə daşıdığı yüksək statusa rəğmən, öz sadəliyini daim qoruyub saxlayıb: “Zərifə xanım elm üçün gözəl tədqiqatçı, ulu öndər Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə, bu çevrədən kənardakı şəxslər üçünsə əsl insanlıq mücəssəməsi olub”. Tədbirdə akademik Z. Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR