Bank Of Baku

Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş yeni səfirlərin etimadnamələrinin surətlərini qəbul edib

Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş yeni səfirlərin etimadnamələrinin surətlərini qəbul edib
# 29 aprel 2008 16:45 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə eyni zamanda akkreditə olunmuş yeni səfirlərin etimadnamələrinin surətlərini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xarici İşlər Nazirliyində keçirilən mərasimdə Portuqaliya səfiri Xose Manuel Karvalyo Lameyras, Banqladeş səfiri Məhəmməd İştiaq, Əfqanıstan səfiri Məhəmməd Yəhya Mərufi, Danimarka səfiri Jesper Var, Avstraliya səfiri Piter Doyl və İndoneziya səfiri İvan Viranata-Atmadja etimadnamələrinin surətlərini XİN başçısına təqdim ediblər. Görüşdə adı çəkilən ölkələrlə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb, ölkəmizin bu ölkələrlə əlaqələri gücləndirməkdə maraqlı olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR