Mustafa Kabakçı: “Türkiyə və Azərbaycana qarşı hücumlara birgə cavab verəcəyik”
- Türkiyə Cümhuriyyətinin qurulması zamanı ortaya bir iradə qoyulmuşdu. Bu iradə Mustafa Kamal Atatürkün iradəsi idi. Azərbaycanda isə bu iradəni Heydər Əliyev ortaya qoyub. Mustafa Kamal Atatürk bəyan edib ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir”. Heydər Əliyev isə Türkiyə-Azərbaycan münasibətlərini “biz bir millət, iki dövlətik” deyə ifadə edib. Dünya mövcud olduqca, Azərbaycan-Türkiyə münasibətləri davam edəcək. Əslində birimizin düşməni hamımızın düşmənidir. Məsələn, ermənilər Osmanlı dövründə millət olaraq rahat yaşamalarına baxmayaraq, hazırda türkləri soyqırımı törətməkdə günahlandırırlar. Hazırda onlar Azərbaycana qarşı XX əsrin 20-ci illərində başladıqları işğalçılıq siyasətini davam etdirirlər. Türkiyənin bu münasibəti qəbul etməsi qeyri-mümkündür. Hazırda Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Biz bu işğal baş verəndə öz münasibətimizi sərt formada ortaya qoymuşduq, hazırda da bu mövqedə qalmaqdayıq. Bizə olan təzyiqlərə baxmayaraq, azərbaycanlı qardaşlarımızın yanındayıq. Bizim Ermənistana qarşı bu cür münasibətimiz Azərbaycanın işğal altında olan əraziləri azad olunandan, 1 milyondan çox qaçqın vətəninə geri dönəndən sonra dəyişə bilər. Türkiyədə 25 ildir terror aktları törədən PKK-nın səsi Qarabağdan gəlir. Görürsünüz, dostlar necə bir araya gəlirlərsə, düşmənlərimiz də o cür birləşirlər. Vaxtilə Heydər Əliyev, indi isə İlham Əliyev dünyanın axınını çox gözəl bilən insanlardır. Hazırkı prezidentin rəhbərliyi altında Azərbaycanın inkişaf edəcəyinə, yüksəkləri fəth edəcəyinə əminəm. Bakı-Tiflis-Ceyhan neft kəmərinin ardınca Bakı-Tiflis-Qars dəmir yol xəttinin işə düşməsi əlaqələrimizi daha da möhkəmləndirəcək. Hazırda Türkiyədə 100-ə yaxın azərbaycanlı iş adamı fəaliyyət göstərir. Onların hüquqları tərəfimizdən yüksək səviyyədə qorunur. Eyni isti münasibətin Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarına göstərilməsi bizi çox sevindirir. Eyni zamanda Azərbaycanla Türkiyə arasında gömrük sahəsində olan bəzi rüsumların aradan qaldırılması lazımdır. Bu iki ölkə arasındakı ticarət əlaqələrini daha da gücləndirmiş olacaq.
- Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi gündəmə gələndə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gətirilir. Buna münasibətiniz necədir?
- Dünyada kimin kimi müdafiə etdiyi hamıya məlumdur. Bizim yerimiz Azərbaycanın yanındadır. Ona görə də kimin nə söyləməsindən asılı olmayaraq biz Azərbaycanı dəstəkləyirik. Azərbaycanın ərazi bütövlüyünə qarşı bir təcavüz edilib və 1 milyondan çox qardaşımız yurd-yuvasından didərgin düşüb. Bu reallıq dəyişməyincə, Türkiyə heç bir addım atmayacaq.
- Türkiyənin xarici işlər naziri Ermənistanın xarici naziri ilə müəyyən danışıqların apara biləcəyini bəyan edib. Bu bəyanatın arxasında nə dayanır?
- Bir daha deyirəm ki, Türkiyənin bu məsələyə münasibəti dəyişməyəcək. Ölkələr arasında danışıqlar aparıla bilər, amma bu danışmalar haqsızlığı ortadan qaldırmır. Dövlət məmurları aralarında danışıqlar gedə bilər, amma biz bu danışıqlarda Azərbaycanın üzləşdiyi ədalətsizliyin aradan qaldırılmasının vacib olduğunu bir daha vurğulayacağıq.
- Qeyd etdiniz ki, PKK terror təşkilatının səsi hazırda işğal altında olan Azərbaycan torpaqlarından gəlir. Belə olan halda Türkiyə Şimali İraqda keçirdiyi antiterror əməliyyatını Azərbaycan ordusu ilə birgə Qarabağda da keçirə bilərmi?
- Hər şeyi öz zamanında müzakirə etmək lazımdır. Biz öz gələcəyimizin necə olacağını birgə fikirləşməliyik. Ona görə də Azərbaycan və Türkiyənin taleyi ilə bağlı müəyyən planlar quranlar bilməlidirlər ki, biz bir millətik və bizə qarşı hücumlara da birgə cavab verəcəyik. Əgər PKK işğal altında olan ərazilərdə yuva qurmağa başlasa, Türkiyənin hökmən buna qarşı çıxacağını bilməlidir.
- Türk dövlətlərinin Parlament Assambleyasının formalaşdırılması istiqamətində işlər gedirmi?
- Artıq baş nazir müavinləri səviyyəsində Antalyada türk dövlətlərinin bir toplantısı reallaşıb. Bir müddət sonra isə parlament spikerlərinin analoji görüşlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd dediyiniz məsələyə tədricən keçid edəcəyik.
- Türkmənistan və Özbəkistan Türk Dövlətləri Birliyindən özlərini müəyyən dərəcədə təcrid edirlər. Həmin ölkələrlə əlaqələrin daha da gücləndirilməsi istiqamətində işlər nə yerdədir?
- Əlaqələrin yenidən dərinləşməsi istiqamətində addımlar atılır. Hazırda bir nazirimiz Özbəkistandadır. Türkmənistanla da eyni səviyyədə görüşmələr edilməkdədir. Bütün bunlar davamlı ayrılıqlar deyildir. Qardaşlar arasında da hərdən bu cür problemlər yaşanır. Türk dövləti olaraq biz bir-birimizə güvənməli və biri digərini daha da irəliyə aparmaq üçün əlindən gələni etməlidir.
- AKP-nin fəaliyyətinin dayandırılmasına dair məhkəmə prosesinin nəticələrini necə proqnozlaşdırırsınız?
- Türkiyədə azad məhkəmə sistemi var, hüquqlara hər kəs hörmətlə yanaşır. Biz AKP olaraq hüquqi hazırlıqlarımızı görürük. Qanun nə cür tələb etsə, o cür də olacaq. Türkiyədə qanun qarşısında hər kəsin boynu tükdən də incədir. Artıq hüquqi prosedurun həyata keçirilməsi başlayıb, ona görə də bu məsələyə çox da toxunmaq lazım deyil.
- Belə fikirlər səslənir ki, AKP-nin Türk dünyası ilə bağlı siyasəti əvvəlki iqtidarın yürütdüyü siyasətdən fərqlidir...
- Bu, heç də belə deyil. AKP Türk dünyasına qarşı münasibətdə son dərəcə həssasdır. Hazırda hər il türk dövlətlərindən 15 min tələbə Türkiyədə təhsil almağa gəlir. AKP olaraq əsas hədəfimiz bu əlaqələri daha da dərinləşdirməkdir.
Daxili siyasət
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Xəbər Lenti
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib
Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır
EHİS-in strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq
Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
Bakıda bir ayda narkotiklə bağlı 199 fakt aşkarlanıb, 161 nəfər saxlanılıb - VİDEO
Şahin Mustafayev sentyabrda Aleksey Overçukla görüşəcək
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
XİN rəhbəri Azərbaycanın “3+3”ün növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib
Ceyhun Bayramov: Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır
Nazir: Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır
Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar
Ceyhun Bayramov-Lavrov görüşündə Xəzərin səviyyəsinin azalması probleminə xüsusi diqqət çəkilib
XİN rəhbəri: Vətən müharibəsi yeni reallıqlar yaradıb, Ermənistanla faktiki olaraq sülh mövcuddur
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb
Rusiya Ermənistan mənşəli çiçəklərin İran üzərindən reeksportundan şübhələnir
Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqlayıb
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Endi Börnhem Leyboristlər Partiyasının yeni lideri seçilib
DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB
Futbol üzrə Azərbaycan Çempionatının 2026/2027 mövsümündə ilk turunun püşkü atılıb
"Bank of Baku" "Mastercard"ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihəsinə tərəfdaş olub
Baş prokuror Samuxda vətəndaşları qəbul edib
Nazir müavini: Vaqif Poeziya Günlərinin formatı genişlənir
Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Suriya İranın əl-Tənf bazasını bombalamasını təkzib edib
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO
Moody's: Neft Fondu və fiskal dayanıqlıq Azərbaycanın reytinqini dəstəkləyir
ABŞ-ın hücumundan sonra Bəndər-Abbas dəmir yolunda problemlər yaranıb
“Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb
ADSEA sədri Füzulidə vətəndaşlarla görüşüb
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin ikinci rübünü 4.8 mln. manat mənfəətlə başa vurub
Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət edib - FOTO
Kobaxidze Azərbaycanla imzalanmış sazişləri təsdiqləyib
Hərbi pilotlar “JF-17C", "Su-25ML" və "L-39"-larla döyüş manevrləri üzrə tapşırıqları yerinə yetirib - FOTO
İçərişəhərdə Numizmatika Muzeyinin açılış mərasimi keçirilib - FOTOLENT
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqları başlayıb - FOTO - VİDEO
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
Uqandada avtobus aşıb, 20 məktəbli ölüb
Sabahın hava proqnozu açıqlanıb
Ötən ay ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilib - YENİLƏNİB
İsrail parlamenti özünü buraxıb, növbədənkənar seçkilər oktyabrın 27-də keçiriləcək
“Koroğlu” NMM-i Sea Breeze-lə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı konfrans keçirilib