Bank Of Baku

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin 85 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin 85 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib
# 30 aprel 2008 09:20 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, Heydər Əliyevin ədliyyə orqanlarının inkişafında böyük rolu olub: “Azərbaycanda ölüm hökmü Heydər Əliyevin təşəbbüsü ilə ləğv olunub. Bu humanist addım nəticəsində ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib. Düzdür, Qobustan həbsxanasında saxlanılan həmin şəxslər cəzalarının 15 illik həbslə əvəzlənməsi üçün aclıq aksiyası keçirirlər. Onların bu yolla təzyiq göstərmək cəhdləri heç bir nəticə verməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR