Bank Of Baku

Azərbaycanın hakim partiyasının sədr müavini “Freedom House”un son hesabatını əsassız, qeyri-obyektiv və ədalətsiz hesab edir

Azərbaycanın hakim partiyasının sədr müavini “Freedom House”un son hesabatını əsassız, qeyri-obyektiv və ədalətsiz hesab edir
# 30 aprel 2008 10:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov “Freedom House”un son hesabatına münasibət bildirərkən deyib. Qeyd edək ki, hesabatda Azərbaycan mətbuat azadlığına görə 168-ci, Ermənistan isə 144-cü sırada göstərilib.
Ə. Əhmədov hesab edir ki, əsas ölkə vətəndaşlarının verdiyi qiymətdir: “Ayrı-ayrı ictimai beynəlxalq təşkilatların dəyərləndirmələri o qədər fərqli, rəngarəng və təzadlı olur ki, bunlara inanmaq, etibar etmək çətindir. Ermənistanda seçkilərdən sonra baş verənlərdən sonra Azərbaycanla Ermənistanı müqayisə edib, hansısa göstəriciyə görə Azərbaycanı Ermənistandan sonraya qoymaq ikili standartın növbəti təzahürüdür. Bu cür əsassız, qərəzli hesabatlara sadəcə fikir verməmək lazımdır. Bu hesabat ədalət prinsipindən uzaq hazırlanıb”. Ə. Əhmədovun sözlərinə görə, hazırda dünyada Ermənistanın çoxlu havadarı var, hesabatın bu şəkildə hazırlanması da bu ölkəni növbəti dəfə bütün dünyanın gözündə biabırçılıqlardan xilas etmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR