Bank Of Baku

Rusiya səfirliyi Buşəhr AES üçün göndərilən yüklə bağlı lazımi sənədləri artıq Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib

Rusiya səfirliyi Buşəhr AES üçün göndərilən yüklə bağlı lazımi sənədləri artıq Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib
# 30 aprel 2008 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. “Məncə, problem yaxın vaxtlarda həll olunacaq” deyən nazir müavini İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zarenin XİN-ə çağırılması məsələsinə də aydınlıq gətirib. A. Əzimov səfirlə görüşündə bu məsələnin media vasitəsilə həll olunmadığını onun diqqətinə çatdırdığını söyləyib: “Bu məsələ sırf texniki xarakter daşıyır, İran tərəfi də bunu qəbul edib. İrana izah olunub ki, bu cür məsələlərdə müəyyən prosedurlara əməl olunmalıdır”. Nazir müavini İran-Azərbaycan münasibətlərində gərginlik olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR