Bank Of Baku

QAT sədri Azərbaycan xarici işlər nazirindən “Azərbaycan-İsrail dostluq parkı”nın açılış mərasiminin təxirə salınmasını xahiş edib

QAT sədri Azərbaycan xarici işlər nazirindən “Azərbaycan-İsrail dostluq parkı”nın açılış mərasiminin təxirə salınmasını xahiş edib
# 30 aprel 2008 11:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı mayın 8-də “Azərbaycan-İsrail dostluq parkı”nın açılış mərasiminin təxirə salınması xahişi ilə Azərbaycanın xarici işlər nazirinə müraciət edib. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təşkilat sədri öz müraciətində Şuşanın işğalı günü belə bir tədbirin keçirilməsindən narahat olduğunu bildirib. A. Nağı bu addımın şəhidlərin ruhuna təhqir, Azərbaycan xalqına qarşı hörmətsizlik olduğunu vurğulayıb. Buna görə də o, tədbirin tarixinin dəyişdirilməsinin vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR