Bank Of Baku

“Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib
# 03 may 2008 11:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Konfransda çıxış edən YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev qədər müsbət iz buraxan ikinci şəxs yoxdur. O, Heydər Əliyev ideologiyasının Azərbaycanın gələcək inkişafında da əhəmiyyətli rol oynayacağını söyləyib. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə çıxışında Heydər Əliyevi xarizmatik və fenomenal şəxs kimi səciyyələndirib: “Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə dönüşü ölkənin bütün sahələrində inkişafa yol açıb. Milli ideologiyanın azərbaycançılığın fəlsəfəsi də Heydər Əliyevin adı ilə bağlıdır”. Azərbaycanın xarici siyasətindəki uğurların bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran R. Mehdiyev milli siyasi elitanın formalaşmasını da onun adı ilə bağlayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Heydər Əliyevin iqtisadi strategiyası, rabitə və informasiya naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digərləri Heydər Əliyevin Azərbaycanın inkişafı üçün atdığı addımlardan danışıblar. Konfrans öz işini müvafiq komissiyalarda davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR