Bank Of Baku

Arif Hacılı: “Prezident seçkilərinə hazırlıqla bağlı partiyamızın maliyyə problemləri var”

Arif Hacılı: “Prezident seçkilərinə hazırlıqla bağlı partiyamızın maliyyə problemləri var”
# 03 may 2008 11:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. APA-nın məlumatına görə, iclasda partiyanın yeni seçilmiş rayon, şəhər təşkilatlarının sədrlərinin Məclis üzvü səlahiyyəti təsdiq edilib, qurumun növbəti toplantısında Məclisə boş qalmış yerlərə seçkilərin keçirilməsi barədə qərar qəbul olunub. Məclis sədri Sülhəddin Əkbər bildirib ki, Məclisdə 24 boş yer var və bu yerlərə iddialı olan şəxslər müəyyən olunmuş müddətdə öz namizədliyini irəli sürə bilərlər. Partiya başqanı öz Məclis üzvlərini prezident seçkiləri ərəfəsində daha da fəal olmağı tövsiyə edib. Partiyanın Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı isə prezident seçkilərinə hazırlıqla bağlı çıxış edib və bu məsələdə partiyanın maliyyə problemlərini olduğunu dilə gətirib. A. Hacılı mitinqlərin keçirilməsinə icazə verilməsi üçün cəhdləri davam etdirəcəklərini vurğulayıb: “İndiyə kimi olan təcrübə də göstərir ki, icazəsiz aksiyalar olmadan hakimiyyət mitinqlərin keçirilməsinə razılıq vermir. Ona görə də perspektivdə razılaşdırılmamış aksiyalar dayanır”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR