Bank Of Baku

Prezidentin İcra Aparatının rəhbəri: “Azərbaycanda ərzaq qıtlığı ilə bağlı heç bir problem yoxdur”

Prezidentin İcra Aparatının rəhbəri: “Azərbaycanda ərzaq qıtlığı ilə bağlı heç bir problem yoxdur”
# 03 may 2008 11:39 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycanda ərzaq qıtlığı ilə bağlı heç bir problem yoxdur”. APA-nın məlumatına görə bu fikirləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, bəzi müxalifət qəzetlərinin rayonlarda çörək çatışmazlığı olması və bu səbəbdən rayon əhalisinin mitinqlər etməsi ilə bağlı yazdıqları yalan və cəfəngiyatdan başqa bir şey deyil: “Bütün bunlar Azərbaycan xalqının fikrini yayındırmaq, sabitliyi pozmaq, insanları narahat etmək üçündür. Mən bunu insanların normal yaşayışına şübhə yaratmaq kimi qiymətləndirirəm”. Ramiz Mehdiyev vurğulayıb ki, Azərbaycanda ərzaq ehtiyatı kifayət qədərdir və belə davam etməsi üçün Azərbaycan dövləti bütün tədbirləri görəcək: “Qoy bu, heç kəsi narahat etməsin. Azərbaycanda bu gün, sabah, ya da gələn illərdə ərzaq qıtlığı olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR