Bank Of Baku

Tiflisdə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub

Tiflisdə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub
# 03 may 2008 11:54 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Ötən gün Tiflisin “Pirosman” sərgi salonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş foto və filateliya materiallarından ibarət sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev Heydər Əliyevin həyat və fəaliyyətindən, iki dövlət arasinda münasibətlərin inkişafında göstərdiyi xidmətlərdən bəhs edib, onun siyasət kursunun uğurlu davamçısı olan prezident İlham Əliyevin Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşıq istiqamətində gördüyü işlərdən söhbət açıb. Tədbirin sonunda əlamətdar tarixə həsr olunmuş marka və konvertlər nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR