Bank Of Baku

Elbrus Quliyevin oğlu: “Atamın həbs müddəti Rəsul Quliyevin qudasının məhkəməyə müraciəti əsasında uzadılıb”

Elbrus Quliyevin oğlu: “Atamın həbs müddəti Rəsul Quliyevin qudasının məhkəməyə müraciəti əsasında uzadılıb”
# 03 may 2008 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Elbrus Quliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti Rəsul Quliyevin qudası Əkrəm Bağırovun qardaşı Fikrət Bağırovun məhkəməyə etdiyi müraciət əsasında uzadılıb”. Bunu APA-ya açıqlamasında eks-spiker Rəsul Quliyevin bacısı oğlu Elbrus Quliyevin oğlu Famil Quliyev deyib. Onun sözlərinə görə, F. Bağırov məhkəməyə etdiyi müraciətdə 2005-ci ildə E. Quliyevin ondan 200 min dollar aldığını, bu vaxta qədər qaytarmadığını bildirib. F. Quliyev isə bu müraciətin müəllifinin R. Quliyev olduğunu iddia edir: “Atama qarşı sürülən yeni ittihamların arxasında yenə də Rəsul Quliyev dayanır. Bizə dəqiq məlumdur ki, Fikrət Bağırovun qaldırdığı bu iddianın konturları Amerikada Rəsul Quliyev tərəfindən cızılıb və Əkrəm Bağırovun bir müddət əvvəl Amerikada səfərdə olan qardaşı Zakir Bağırov vasitəsilə Fikrətə göndərilib. Əlimizdə bu işlərin başında Rəsul Quliyevin durduğuna dair faktlar var”.
Qeyd edək ki, R. Quliyevin keçmiş biznes ortağı Cahangir Quliyevin şikayəti əsasında E. Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılıb. Onun barəsində bu il fevralın 5-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə 3 üç aylıq həbs-qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. E. Quliyevin yaxınları onun həbsində R. Quliyevin əli olduğunu iddia etsə də, eks-spiker bunu əsassız sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR