Bank Of Baku

ABŞ Dövlət Departamenti Ermənistanı çirkli pulların yuyulması və terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi üçün münbit məkan hesab edir

ABŞ Dövlət Departamenti Ermənistanı çirkli pulların yuyulması və terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi üçün münbit məkan hesab edir
# 05 may 2008 08:02 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, hesabat müəllifləri Ermənistanın qonşu İranla sıx əlaqələrinin davam etdiyini bildiriblər: “Oktyabrda İran prezidenti Mahmud Əhmədinejad, noyabrda isə müdafiə naziri Mustafa Məhəmməd Nəccar Ermənistanda səfərdə olub. Bu səfərlər ikitərəfli əlaqələri dərinləşdirməklə yanaşı, enerji və nəqliyyat sahəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə əlavə tövhə verib. Bu sıx əlaqələr nəticəsində Ermənistan İranın ziddiyyətli davranışının açıq şəkildə tənqid edilməsinə və BMT-yə üzv ölkələrin İran rejiminə qarşı sanksiyaların tətbiq edilməsi təşəbbüslərinə soyuq münasibət bəsləyib. Ermənistan özünün antiterror imkanlarını gücləndirərək ABŞ-la əməkdaşlığını genişləndirsə də, ölkənin coğrafi məkanı, zəif mühafizə olunan sərhədləri və loyal viza rejimi qanunsuz materialların, şəxslərin və maliyyə vəsaitlərin traffikinqi üçün çox gözəl şərait yaradıb. Əlavə olaraq Ermənistan hökumətində olan epidemik korrupsiya, mütəşəkkil forma almış kriminal və böyük həcmli gizli iqtisadiyyat ölkəni çirkli pulların yayılması və terroristik fəaliyyətin maliyyələşdirilməsi üçün münbit məkana çevirib”. Qeyd edək ki, bundan əvvəl də Ağ Ev və Dövlət Departamentinin rəsmiləri İranla şübhəli əlaqələrinə görə rəsmi İrəvana qarşı sanksiyalar tətbiq etmək barədə düşündüklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR