Bank Of Baku

Rəsul Quliyevin qudasının qardaşı: “Elbrus Quliyev mənə olan 200 min dollar borcunu qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmişəm”

Rəsul Quliyevin qudasının qardaşı: “Elbrus Quliyev mənə olan 200 min dollar borcunu qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmişəm”
# 05 may 2008 08:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Mən Elbrus Quliyevlə bağlı məhkəməyə müraciəti heç kimin təklifi ilə etməmişəm. Onun mənə 200 min ABŞ dolları borcu olub və mən məhkəməyə müraciət edərək həmin pulun geri qaytarılmasını istəmişəm”. Bunu APA-ya açıqlamasında eks-spiker Rəsul Quliyevin qudasının qardaşı Fikrət Bağırov deyib. Onun sözlərinə görə, E. Quliyevin oğlunun bu işin arxasında R. Quliyevin və onun qudası Əkrəm Bağırovun dayanması barədə ittihamları əsassızdır. F. Bağırov deyib ki, 2005-ci ilin parlament seçkilərindən əvvəl E. Quliyev ondan 200 min dollar borc alıb: “Neçə dəfə pulun qaytarılmasını istəmişəm, amma verməyib. Axırda pulu qaytarmayacağını dedi, ona görə də məhkəməyə müraciət edib pulumun qaytarılmasını istəmişəm”. F. Bağırov bildirib ki, eks-spikerlə uzun illərdir heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, E. Quliyevin oğlu Famil Quliyev atasının həbsinin arxasında Rəsul Quliyevin dayandığını iddia edir. Onun sözlərinə görə, E. Quliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti məhz R. Quliyevin qudası Əkrəm Bağırovun qardaşı Fikrət Bağırovun məhkəməyə etdiyi müraciət əsasında uzadılıb. F. Quliyev hesab edir ki, atasına qarşı məhkəməyə edilən müraciətin konturları Amerikada R. Quliyev tərəfindən cızılıb və Əkrəm Bağırovun bir müddət əvvəl Amerikada səfərdə olan qardaşı Zakir Bağırov vasitəsilə F. Bağırova göndərilib.
Xatırladaq ki, R. Quliyevin keçmiş biznes ortağı Cahangir Quliyevin şikayəti əsasında E. Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılıb. Onun barəsində bu il fevralın 5-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə 3 üç aylıq həbs-qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR