Bank Of Baku

Bəhram Xəlilov: “Dövlət orqanlarına qanundankənar qəbul nadir hallarda da olsa, baş verir”

Bəhram Xəlilov: “Dövlət orqanlarına qanundankənar qəbul nadir hallarda da olsa, baş verir”
# 05 may 2008 08:56 (UTC +04:00)
Komissiya sədri deyib ki, vakant vəzifələrin tutulması üçün bundan sonra da müsabiqələr və müsahibələr elan ediləcək. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə elan edilən dördüncü müsabiqə üzrə hazırda müsahibə mərhələsinin keçirildiyini bildirən B. Xəlilov indiyə kimi müsahibədən keçən 134 namizəddən 35-nin müvafiq dövlət orqanlarına təqdim olunduğunu qeyd edib: “Müsabiqə üzrə müsahibələri mayın sonunda yekunlaşdırmağı nəzərdə tuturuq. Ondan sonra vakant vəzifələr mövcud olduqca yeni müsabiqələr və müsahibələr elan ediləcək”.
B. Xəlilovun sözlərinə görə, bu il ərzində də dövlət orqanlarında vakant vəzifələrin qanundankənar qəbul halları qeydə alınıb: “Belə faktlar nadir hallarda da olsa, baş verir. Bu faktlar qeydə alındıqda biz dövlət orqanlarının rəhbərlərinə qanun pozuntularını aradan qaldırmaq barədə təqdimat veririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR