Bank Of Baku

AMİP rəhbərliyi növbədənkənar qurultayın vaxtını müəyyənləşdirə bilmir

AMİP rəhbərliyi növbədənkənar qurultayın vaxtını müəyyənləşdirə bilmir
# 05 may 2008 09:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurası yer problemi ilə əlaqədar növbədənkənar qurultayın vaxtını müəyyənləşdirə bilməyib. Bu barədə APA-ya məlumat verən partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarovun sözlərinə görə, Siyasi Şuranın toplantısında geniş müzakirə aparılsa da, çıxış yolu tapılmayıb: “Qurultayın vaxtının müəyyənləşməsi yalnız yerdən asılıdır. Partiyanın katibliyi, rayon təşkilatları qurultaya tam hazırdır. Amma yer olmayandan sonra vaxt təyin etməyin əhəmiyyəti yoxdur”. F. Muxtarov bildirib ki, hazırda bəzi özəl məkanların sahibləri ilə danışıqlar aparılır və partiyanın imkanları ilə üst-üstə düşən yer olsa, həmin məkanı kommersiya şərtləri ilə icarə götürəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR