Bank Of Baku

ABŞ-ın Qadın Seçki Liqasının icraçı direktorunun müavini: “Seçkiyə qatılmayanların narazılıq etməyə haqqı yoxdur”

ABŞ-ın Qadın Seçki Liqasının icraçı direktorunun müavini: “Seçkiyə qatılmayanların narazılıq etməyə haqqı yoxdur”
# 05 may 2008 10:44 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. “Əgər seçkidə iştirak etmirsənsə, narazılıq etməyə haqqın yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ-ın Qadın Seçki Liqasının icraçı direktorunun müavini Zaida Arquedas deyib. O bildirib ki, Azərbaycan demokratiyaya doğru inkişaf yolunun əvvəlindədir: “Demokratiyanın əsas amillərindən biri isə seçkidir. Əgər insanlar seçkidə fəal iştirak etmirsə, bu, demokratiyanın uğursuzluğuna səbəb ola bilər. Çünki namizədə əhalinin yalnız bir qismi səs verəndə o, bütün əhalinin maraqlarını əks etdirmir. Ona görə də müvafiq qurumlar insanları seçkidə iştirak etməyin vacibliyinə inandırmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR