Bank Of Baku

“Heydər Əliyev və dövlət qulluğu” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyev və dövlət qulluğu” mövzusunda dəyirmi masa keçirilib
# 05 may 2008 11:18 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə Heydər Əliyevin 85 illiyi münasibəti ilə “Heydər Əliyev və dövlət qulluğu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, komissiyanın sədri Bəhram Xəlilov Heydər Əliyevin Azərbaycanda dövlət qulluğu sahəsində mühüm xidmətlərinin olduğunu bildirib. H. Əliyevin prezidentliyi dövründə Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qanun qəbul edildiyini xatırladan B. Xəlilov bununla yanaşı, həmin dövrdə bir çox normativ-hüquqi aktın da təsdiqləndiyini deyib. Dövlət qulluğu ilə bağlı qanunvericiliyin qəbul edilməsinin mürəkkəb məsələ olduğunu deyən komissiya sədri həm Heydər Əliyevin, həm də İlham Əliyevin rəhbərliyi altında bu sahədə xeyli iş görüldüyünü qeyd edib. B. Xəlilov iyunun 23-də Azərbaycanda dövlət qulluqçularının peşə bayramının üçüncü dəfə qeyd olunacağını da nəzərə çatdırıb. Prezidentin İcra Aparatının dövlət qulluğu üzrə sektorunun müdiri Vasif Xələfov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şöbə müdiri Qasım Qasımov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Asif Quliyev və başqaları H. Əliyevin dövlət qulluğu sahəsində xidmətləri barədə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR