Bank Of Baku

İsveç Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Azərbaycanda insan haqlarının qorunmasına diqqət yetirəcək

İsveç Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Azərbaycanda insan haqlarının qorunmasına diqqət yetirəcək
# 05 may 2008 11:32 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. İsveç Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Azərbaycanda insan haqlarının qorunması institutunun inkişafına diqqət yetirəcək. Bu barədə APA-ya İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden məlumat verib. O, İsveç təmsilçisi Per Syorgenin Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” Monitorinq Qrupuna sədrlik etdiyini də xatırladıb. H. Q. Aden İsveç xarici işlər naziri Karl Bildtin Azərbaycandan dəvət aldığını və böyük ehtimalla AŞ NK-ya sədrlik müddətində bu dəvəti reallaşdıracağını söyləyib. O, Avropa Qonşuluq Siyasəti çərçivəsində də Azərbaycanla əməkdaşlıq etmək istədiklərini deyib: “Biz öhdəliklərini yerinə yetirməsində Azərbaycana kömək etmək istərdik - təbii ki, Azərbaycan özü bunu istəyirsə”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR