Bank Of Baku

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Cim Mörfi Bakıya səfər edəcək

Böyük Britaniyanın Avropa məsələləri  üzrə naziri Cim Mörfi Bakıya səfər edəcək
# 05 may 2008 12:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, parlamentin üzvü Cim Mörfi mayın 7-də Azərbaycana birgünlük səfər edəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Cim Mörfinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Bundan başqa qonaq Azərbaycan Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək. O, həmçinin Azərbaycanın siyasi şərhçiləri və britaniyalı iş adamları ilə görüşməyi planlaşdırır. Cim Mörfi Azərbaycanla yanaşı, Gürcüstana da səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR