Bank Of Baku

İmişlidə bir qrup şəhid ailəsi və müharibə veteranı aksiya keçirib

İmişlidə bir qrup şəhid ailəsi və müharibə veteranı aksiya keçirib
# 05 may 2008 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) İmişli rayon şöbəsinin təşəbbüsü ilə şəhid ailələri və Qarabağ müharibəsi veteranları rayondakı Şəhidlər Xiyabanının qarşısında etiraz aksiyası keçiriblər. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları Şəhidlər Xiyabanının ətrafında tikinti işlərinin aparılmasına, ətrafındakı divarın sökülməsinə etiraz ediblər. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aksiya dağıdılıb və 3 nəfər saxlanılıb. Saxlanılanlar daha sonra sərbəst buraxılıblar.
İmişli rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Çingiz Balayev isə APA-ya açıqlamasında Şəhidlər Xiyabanının divarının sökülmədiyini, heç bir etiraz aksiyasının keçirilmədiyini söyləyib: “Şəhidlər Xiyabanının ətrafında Dövlət Sosial Müdafiə Fondu tərəfindən imkansız ailələr üçün yaşayış binaları tikilir. Tikinti zamanı Şəhidlər Xiyabanına heç bir ziyan dəyməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR