Bank Of Baku

Müsavat Partiyası yenidən mitinq keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası yenidən mitinq keçirmək barədə qərar qəbul edib
# 05 may 2008 13:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının Divanı mayın 18-də mitinq keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, mayın 4-nə təyin olunmuş aksiyadan fərqli olaraq, bu dəfə partiya mitinq üçün 5 yer müəyyənləşdirib: keçmiş “Qələbə” kinoteatrının qarşısındakı meydan, “Nərimanov” kinoteatrının qarşısındakı meydan, Ukrayna meydanı, Füzuli meydanı və “Təbriz” (keçmiş “Sevinc”) kinoteatrının qarşısı. A. Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin bu dəfə müraciətə müsbət cavab verəcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, Müsavat Partiyası mayın 4-nə də mitinq təyin etmişdi. Amma paytaxt rəhbərliyi aksiyanın partiyanın göstərdiyi yerlərdə yox, Bibiheybət stadionunda keçirilməsinə razılıq verdiyindən aksiya təxirə salınmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR