Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov İranın Azərbaycandakı səfirini qəbul edib

Daxili işlər naziri Ramil Usubov İranın Azərbaycandakı səfirini qəbul edib
# 05 may 2008 16:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zareni qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi sahəsində görülən işlər barədə müzakirələr aparılıb. Hər iki tərəf mütəşəkkil cinayətkarlığa, o cümlədən onun ayrı-ayrı növlərinə - beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz miqrasiyaya qarşı birgə mübarizənin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib, bu sahədə bir sıra həlli vacib problemlərdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR