Bank Of Baku

“Heydər Əliyev” multimedia diski hazırlanıb

“Heydər Əliyev” multimedia diski hazırlanıb
# 05 may 2008 17:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Səs” qəzetinin layihəsi çərçivəsində “Heydər Əliyev” multimedia diski və jurnalı hazırlanıb. Qəzetdən APA-ya verilən məlumata görə, Azərbaycan, rus və ingilis dillərində hazırlan disk və jurnal “Həyatı”, “Rəhbər”, “Naxçıvan”, “Qurtuluş” və “Prezident” bölmələrindən ibarətdir. Diskdə H. Əliyevin həyatının bütün mərhələləri haqqında məlumatlar öz əksini tapıb. Həmçinin, hər bir bölmədə dünyanın tanınan ictimai-siyasi və dövlət xadimlərinin H. Əliyev barədə fikirləri də yer alıb. İstifadəçilər H. Əliyevin həyatı yolunu əks etdirən fotoqaleriya və 10 dəqiqəlik filmlə də tanış ola biləcəklər. “Heydər Əliyev” adlı jurnalda isə H. Əliyevin həyatını əks etdirən yazılar və fəaliyyəti ilə bağlı müxtəlif dövrləri əhatə edən şəkillər yerləşdirilib. Qeyd edək ki, layihənin məsləhətçisi “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, müəllifi isə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR