Bank Of Baku

Vladimir Putinin prezident səlahiyyətləri bu gün başa çatır

Vladimir Putinin prezident səlahiyyətləri bu gün başa çatır
# 06 may 2008 07:51 (UTC +04:00)
Vladimir Putin prezident postunda olarkən Rusiyanın 212 şəhərinə və 74 xarici ölkəyə səfər edib. O, xarici ölkələrin dövlət və hökumət başçıları ilə il ərzində orta hesabla 145 görüş keçirib. Kremlin rəsmi saytında Rusiya prezidentinin xarici siyasi əlaqələrə dair 1409 çıxışı saxlanır. Vladimir Putin beynəlxalq görüşlər çərçivəsində son görüşünü aprelin 29-da Yunanıstanın baş naziri Kostas Karamanlis ilə keçirib. Şəxsi görüşlərlə yanaşı, Rusiya prezidenti xarici dövlətlərin rəhbərləri ilə tez-tez telefon əlaqəsi saxlayıb. O, xarici həmkarları ilə il ərzində yüzlərlə belə təmas qurub. Vladimir Putinin zəng etdiyi son dövlət başçısı Misir prezidenti olub, Putin öz həmkarını 80 illik yubileyi münasibətilə təbrik edib. Rusiya prezidenti 2000-2008-ci illərdə 74 ölkəyə 192 dövlət, rəsmi və işçi səfəri edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR