Əfrand Daşdəmirov: “Heydər Əliyev həmişə Azərbaycanın və azərbaycanlıların maraqlarından çıxış edirdi”
- 1969-cu ildə Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda dissertasiya müdafiə edib Bakıya qayıtdığım dövr Heydər Əliyevin respublikaya rəhbər təyin edilməsi dövrü ilə üst-üstə düşdü. Biz yeni rəhbərin atacağı addımları diqqətlə izləyirdik. O, öz sələflərindən ciddi şəkildə fərqlənirdi - əvvəlki rəhbərlər çox rəsmi davranırdılar, onlar xalqla demək olar ki, ünsiyyət qurmurdu. Heydər Əliyev isə həmişə xalqın içərisində idi, vəziyyətin necə olduğunu öyrənmək üçün bazarlara, mağazalara, adamların sıx toplaşdığı yerlərə gedirdi. Bizim vizual tanışlığımız da burada başladı. Buna qədər biz Heydər Əliyevi televiziya ekranlarında, qəzetlərdə görmüşdük. Mövcud durum, Azərbaycanın digər respublikalardan geridə qalmasının səbəblərinə həsr olunmuş çıxışlarını çox diqqətlə dinləyirdik. Bu, çox ağrılı illər idi iqtisadiyyatda ciddi problemlər vardı, Moskva Azərbaycanın bu və ya digər sahələrdə geri qaldığına görə mütəmadi tənqid edirdi. Heydər Əliyev rəhbər kimi fəaliyyətinə respublikada qayda-qanun yaratmaqdan, iqtisadi inkişaf tempini yüksəltməkdən başladı.
- Heydər Əliyevlə ilk tanışlığınız sizdə hansı təəssürat doğurmuşdu?
- Onunla şəxsi tanışlığım həyatımın başqa mərhələsinə, doktorluq dissertasiyasını müdafiə etdiyim 1977-1978-ci illərə təsadüf edir. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunmuşdu, yeni qanunvericiliyə əsasən, müttəfiq respublikaların hamısı yeni Konstitusiya qəbul etməli, öz Əsas Qanunlarını yeni ittifaq Konstitusiyasına uyğunlaşdırmalı idilər. Yeni Konstitusiya layihələri hazırlanan zaman hər respublika bu sənədə öz əlavəsini etmək istəyirdi. Bununla əlaqədar müəyyən məsələlər ortaya çıxır, diskussiyalar keçirilir, hətta bəzi respublikalarda, əsasən Gürcüstanda münaqişəli vəziyyət yaranmışdı. Heydər Əliyevlə məhz o zaman tanış oldum. O, öz köməkçilərinə milli və hüquqi məsələlər üzrə mütəxəssislər tapmağı tapşırmışdı. Heydər Əliyev onlarla dövlət dili məsələsinin Konstitusiyada əksini tapmasını müzakirə edirdi. Onunla görüşdən ilk təəssüratım Konstitusiya hüququ üzrə məşhur mütəxəssislərdən biri olan Zakir Qasımovla birlikdə Heydər Əliyevin iş kabinetinə daxil olan zaman yarandı. O, diqqətlə bizə baxdı, əyləşməyi təklif etdi və dərhal mövzuya keçdi. Heydər Əliyev onu hansı məsələlərin maraqlandırdığını dedi və bizim Konstitusiya ilə bağlı mülahizələrimizi soruşdu. Bunlar əsasən Azərbaycan dili ilə bağlı maddə və “kim Azərbaycan Respublikasının subyekti sayılır” formuluna dair məsələlər idi. O, bizi diqqətlə dinlədi və Kommunist Partiyası Mərkəzi Komitəsinin Konstitusiya komissiyasının iclasında iştirak etməyimizi istədi. Bu komissiyanın tərkibinə nazirlər, Mərkəzi Komitənin üzvləri daxil idi. Mən özümü çox narahat hiss edirdim, çünki müzakirələrdə kifayət qədər yüksək vəzifəli şəxslər iştirak edirdi, mən isə elm dünyasının adamı idim. Bununla belə, həmin iclasda iştirak və çıxış etdim. Heydər Əliyev əvvəlcədən xəbərdarlıq etmədən öz nöqteyi-nəzərimi əsaslandırmaq üçün mənə söz verdi. Bundan sonra Heydər Əliyevlə əlaqələrimiz başladı. O zaman mən Ali Partiya Məktəbində işləyirdim, bu partiya təsisatının işi Mərkəzi Komitə ilə sıx bağlı idi. Heydər Əliyevlə daha sıx əlaqəmiz isə Bakıda əxlaq mövzusunda elmi konfransın keçirilməsindən sonra yarandı. Bu, ümumittifaq miqyaslı tədbir idi, SSRİ-nin hər yerindən bu konfransda iştirak etmək üçün Bakıya gəlmişdilər. Konfrans materiallarının hazırlanması ilə Heydər Əliyev şəxsən məşğul olurdu, SSRİ-nin ali rəhbərliyi Moskvadan bu iş üçün məsləhətçilər briqadası göndərmişdi. Materialları onlar hazırlamışdı, amma bu iş Heydər Əliyevi qane etməmişdi. Son nəticədə moskvalı mütəxəssislər geri qayıtmalı olmuşdular. Onlar yüksək səviyyəli analitiklər, gözəl qələmə sahib şəxslər, çoxlu sayda kitab və məqalələrin müəllifləri idilər. O zaman mən Moskvada konfransda idim, məni təcili Bakıya çağırdılar. Heydər Əliyev qarşıma konkret vəzifələr qoydu, Moskvadan gəlmiş mütəxəssislərin işindən nə üçün razı qalmadığını izah etdi. Biz 40 il “Azərinform” agentliyinə rəhbərlik etmiş, istedadlı jurnalist Yefim Qurviçlə birgə çalışırdıq. Heydər Əliyev moskvalı mütəxəssislərdən fərqli olaraq bizimlə birgə işləyirdi. Biz materialları on dəfələrlə dəyişib, yenidən hazırlayırdıq. Heydər Əliyev ittifaq əhəmiyyətli deyil, beynəlxalq əhəmiyyətli fiqur idi. Onun xarakterinin əsas ştrixlərindən biri son dərəcə tələbkar olması idi. Bu, rəhbər şəxsin ona tabe olan şəxs üzərində tələbkarlığı deyildi. Heydər Əliyev hamı ilə birlikdə çalışır, işləyir, görülən işi müzakirə edirdi. O, çox demokratik şəxs idi. Bu, bəlkə də kiməsə qəribə gələ bilər. Biz hansısa məsələni müzakirə edəndə kimin general, kiminsə leytenant olması zərrə qədər hiss olunmurdu, hər kəs öz fikrini söyləmək, öz nöqteyi-nəzərini ifadə etmək hüququna malik idi. Bu fikir mahiyyətindən asılı olmayaraq mütləq müzakirə olunur, məntiqi baxımdan nəyin düzgün olub-olmadığı üzə çıxır və iş davam edirdi. Əlbəttə ki, son söz yenə də onun idi, amma onun seçimi də bir qayda olaraq düzgün seçim olurdu.
- Sovetlər dövründə o, Azərbaycanın maraqlarını qorumağa necə müvəffəq olmuşdu?
- O, İttifaq miqyasında təkcə Azərbaycanın rəhbəri deyildi, Heydər Əliyev Azərbaycan və azərbaycanlıların ittifaqda səfiri idi. O. bütün Azərbaycan xalqını, respublikanın çoxmillətli əhalisini təmsil edirdi. Eyni zamanda o, öz bacarığı, şəxsi keyfiyyətləri sayəsində Azərbaycana rəhbərliyin elə ilk illərindəcə inkişafa nail oldu. Onun dövlət idarəçiliyi, problemləri görmək və dəyərləndirmək bacarığı vardı. Məhz bu keyfiyyətləri sayəsində o, qonşu respublikaların rəhbərlərindən daha tez SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyünə namizəd oldu. O, Siyasi Büronun ən gənc üzvü idi, Heydər Əliyev buna öz fəaliyyəti və tükənməz enerjisi sayəsində nail olmuşdu. O, həmişə Azərbaycanın və azərbaycanlıların iqtisadi, sosial və tarixi maraqlarından çıxış edirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi mühüm bir məqamla üst-üstə düşdü. Stalinin ölümü və Xruşşovun hakimiyyətdən getməsindən sonra münasibətlər bir az ilıqlaşmışdı, biz deportasiya olunan qohumlarımızla görüşə bilirdik. Bir çox ziyalılara bəraət verilmişdi, onların arasında Mikayıl Müşfiq, Hüseyn Cavid, həmçinin Azərbaycan Sovet Sosialist Respublikasının ilk rəhbəri Nəriman Nərimanov da var idi. Nəriman Nərimanova bəraət verilsə də, SSRİ Mərkəzi Komitəsində, xüsusilə də Moskvadakı erməni əsilli partiya işçiləri arasında ona qarşı neqativ münasibət vardı, onun haqqında müsbət bir fikir yazılmasına həmişə etiraz edirdilər. Amma Azərbaycanda Nəriman Nərimanovun adının yüksəklərə qaldırılmasına davamlı cəhdlər edilirdi. Nəriman Nərimanov Azərbaycan Xalq Cümhuriyyətini yaradanlarla əks cəbhədə olsa da, o da Azərbaycan haqqında düşünüb, Azərbaycan üçün yaşayıb və mübarizə aparıb. Heydər Əliyev Nəriman Nərimanov haqqında material və sənədlərlə tanış olduqdan sonra ona abidə qoyulması məsələsi gündəmə gəldi. Respublikanın gənc rəhbəri kimi o, bu işdən möhkəm yapışdı və istəyinə nail oldu. O zaman Nəriman Nərimanovun abidəsinin hündürlüyü ciddi müzakirə obyektinə çevrilmişdi, bu abidənin Kirovun abidəsindən hündür olmasını istəmirdilər. Əgər Heydər Əliyev bu işi öz üzərinə götürməsəydi, çətin ki, Nəriman Nərimanovun abidəsi şəhərin ən gözəl yerlərindən birində və bu hündürlükdə ucaldılardı. Bu onu göstərir ki, Heydər Əliyev respublikanın nüfuzu, xalqımızın adı barədə həmişə düşünüb və bu istiqamətdə yuxarı dairələrin müqavimətinə baxmayaraq, istəyinə nail olmağı bacarıb.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
İraqın Baş naziri: Silahlı qruplaşmalar sentyabrın sonunadək tərksilah ediləcək
İranın Keşm adasında partlayışlar baş verib
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO
Ucar sakini Qazaxıstanda yol qəzasında ölüb
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Prezidentin sosial media hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib - VİDEO
Bakıda iki yol təmirə bağlanır
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib
Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb
İran parlamentinin 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb, ekstradisiya ediləcək
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Netanyahu İranı hücum edəcəkləri təqdirdə, “daha güclü” cavab veriləcəyi ilə hədələyib
“AFB Bank”ın gəlirləri artıb
Türkiyə Netanyahunu axtarışa verib
Yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib
Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini vurub
"Beşiktaş" Leandro Trossardı transfer edib
Ukrayna Rusiya FTX-yə məxsus helikopter meydançasının olduğu gəmini batırıb
Slovakiya Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlamaq niyyətindədir
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub
BŞİH başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
Sahibə Qafarova Qətərin sabiq Əmirinin dəfn mərasimində iştirak üçün Dohaya gedib - YENİLƏNİB
MİQ imtahanının ilk günündə 8024 namizəd dəvət olunub, 95% davamiyyət qeydə alınıb - YENİLƏNİB
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Unibank ikinci rübün maliyyə nəticələrini açıqlayıb
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub
İranda partlayışlar baş verir, ölənlər var - YENİLƏNİB-1
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Rusiya gəmilərə hücumlardan sonra Türkiyənin Ukraynaya sərt siqnal göndərəcəyinə ümid edir
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Deputat: Prezident Şuşa Forumunda Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyətini açıqladı