Bank Of Baku

Azərbaycan parlamentinin üzvləri Heydər Əliyevin 85 illiyi münasibətilə xarici ölkələrdə keçirilən tədbirlərə qatılacaqlar

Azərbaycan parlamentinin üzvləri Heydər Əliyevin 85 illiyi münasibətilə xarici ölkələrdə keçirilən tədbirlərə qatılacaqlar
# 06 may 2008 08:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatları Heydər Əliyevin 85 illik yubileyi münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən təntənəli mərasimlərdə iştirak edəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova və deputat Abel Məhərrəmov bu gün Türkiyənin paytaxtı Ankaraya yola düşəcək. Azərbaycanın Türkiyədəki səfirliyi ilə Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi yubiley mərasiminə Türkiyə Cümhuriyyətinin rəsmi şəxsləri, millət vəkilləri, tanınmış siyasətçilər və ziyalılar qatılacaq. Tədbirdə “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir” kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, parlamentin deputatları Hüseynbala Mirələmov “Heydər Əliyev” kitabının ərəb dilinə tərcümə olunmuş nüsxəsinin təqdimat mərasimində iştirak etmək üçün Qahirə şəhərində, Əkrəm Abdullayev yubiley tədbirləri ilə əlaqədar olaraq Küveytdə, Gülər Əhmədova isə Heydər Əliyevin 85, Mir Cəlal Paşayevin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün Qırğızıstanda səfərdə olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR