Bank Of Baku

“Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” kitabının təqdimatı keçirilib

“Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” kitabının təqdimatı keçirilib
# 06 may 2008 11:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşəbbüsü ilə nəşr edilən “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi Cavanşir Axundov bildirib ki, H. Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın İKT-dəki rolu əhəmiyyətli dərəcədə artıb. Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd Əl-Şarkavi isə iki ölkə arasında əlaqələrin yaradılması və inkişafında H. Əliyevin xüsusi rol oynadığını söyləyib. Səfir Misirin paytaxtı Qahirədə Heydər Əliyevin adını daşıyan park açılacağını deyib. Tədbirdə çıxış edən akademiklər Asəf Nadirov, Teymur Bünyadov, ombudsman Elmira Süleymanova və digərləri H. Əliyevin islam ölkələri ilə yaratdığı əlaqələrdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR