Bank Of Baku

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 06 may 2008 11:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı Səbayel rayon Məhkəməsində iddia qaldırıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iddia ərizəsi bu gün məhkəməyə təqdim olunub. İddiada partiyanın mayın 4-də mitinq keçirməklə bağlı şəhər rəhbərliyinə müraciət edərək 3 marşrut göstərdiyi, lakin həmin yerlərin heç birində mitinq keçirilməsinə icazə verilmədiyi bildirilib. Partiya məhkəmədən Bakı şəhər İcra Hakimiyyətinin qərarını qeyri-qanuni saymasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR