Bank Of Baku

İranda çəkilmiş filmdə Məhəmmədhüseyn Şəhriyarın atasının fars kimi təqdim olunması şairin övladlarının narazılığına səbəb olub

İranda çəkilmiş filmdə Məhəmmədhüseyn Şəhriyarın atasının fars kimi təqdim olunması şairin övladlarının narazılığına səbəb olub
# 06 may 2008 11:43 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, şairin qızı Məryəm Behcət Təbrizi və oğlu Hadi Behcət Təbrizi İran televiziyasında nümayiş olunan “Şəhriyar” adlı filmdə milli mənsubiyyətləri ilə bağlı təqdimata etiraz ediblər. Şairin övladları bildirib ki, filimdə göstərildiyi kimi, Şəhriyarın atası fars yox, türkdür. Onlar filmdə qeyd olunan bir sıra digər məqamlarla da razılaşmadıqlarını söyləyiblər. Şairin oğlu deyib ki, film Şəhriyarın ailəsindən heç bir məlumat toplamadan faktlara və sənədlərə istinad edilmədən çəkilib.
Qeyd edək ki, böyük Azərbaycan-İran şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı ildə Təbriz yaxınlığında Xoşgınab kəndində anadan olub. Şəhriyarın ilk şerlər toplusu 1929-cu ildə çap edilib. O, Azərbaycan türkcəsində və fars dillərində yazıb. Azərbaycanda onun “Heydərbabaya salam” poeması, “Türkcə divanı” toplusu çapdan çıxıb. Şair 1988-ci il sentyabrın 18-də Təbrizdə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR