Bank Of Baku

Heydər Əliyevin 85 illiyinə həsr edilmiş video-körpü təşkil olunub

Heydər Əliyevin 85 illiyinə həsr edilmiş video-körpü təşkil olunub
# 06 may 2008 12:05 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Bakıda Heydər Əliyevin 85 illiyinə həsr edilmiş video-körpü təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə Heydər Əliyevi yaxından tanıyan, həmçinin, onun həyat və fəaliyyətini uzun müddət izləyən rusiyalı və azərbaycanlı ziyalılar iştirak ediblər. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqil siyasətinin dayanıqlı bazasını qoyub. Xalq yazıçısı, Azərbaycan Yazıçılar birliyinin katibi Çingiz Abdullayev qeyd edib ki, Heydər Əliyev istənilən mövzuda hərtərəfli biliyə və natiqlik bacarığına malik olan insan olub. Azərbaycan Kommunist partiyası mərkəzi komitəsinin keçmiş üzvü, general-leytenant Aleksandr Kovtunov Heydər Əliyevi hərbi sahədə də böyük təcrübəyə və biliyə malik insan kimi xarakterizə edib. Rus-Azərbaycan dostluq Cəmiyyətinin sədri Aleksandr Romaşin iki xalq arasındakı dostluq münasibətlərində Heydər Əliyevin rolunun danılmaz olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR