Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin 85 illiyi münasibətilə tədbirlər planı hazırlayıb

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin 85 illiyi münasibətilə tədbirlər planı hazırlayıb
# 06 may 2008 12:08 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 10-da Ankarada yubileyə həsr olunan konfrans və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının ofisinin açılış mərasimi, mayın 13-də Adanada yubiley konserti, mayın 14-də Ceyhan şəhərində Heydər Əliyev Muzeyinin açılışı və konsert proqramı keçiriləcək. Beynəlxalq Niaqara Festivalı çərçivəsində Kanadanın Niaqara şəhərində heykəltəraş Ömər Eldarovun hazırladığı H. Əliyevin büstünün açılışı, mayın 15-də isə Toronto şəhərində Kanada Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə H. Əliyevin 85 illik yubileyinə həsr olunmuş toplantı olacaq. Bundan başqa, İsrailin Tel-Əviv şəhərində, Hollandiyanın Rotterdam, Amsterdam şəhərlərində, Almaniyanın Berlin şəhərində də bir neçə tədbirin keçirilməsi gözlənilir. Mayın 11-də Vaşinqton şəhərində “Azeris Network” şəbəkəsi ilə Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə forum keçirməsi planlaşdırılıb. Daha sonra Nyu-York, Los-Anceles, Hyuston, Buxarest, Praqa, Tallin, Riqa, Moskva, Kiyev, Daşkənd, Astana, Bişkek, Düşənbə, Dubay şəhərlərində, Gürcüstanın Marneuli rayonunda yubiley tədbirləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR