Bank Of Baku

Müsavat Partiyası mayın 18-də mitinq keçirmək üçün yer ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası mayın 18-də mitinq keçirmək üçün yer ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 06 may 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası mayın 18-də mitinq keçirmək üçün yer ayrılmasından ötrü bu gün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiyanın keçirilməsi üçün 5 yer göstərilib və şəhər rəhbərliyindən həmin yerlərin birində mitinq keçirilməsinə razılıq verilməsi xahiş olunub. Partiya müraciətində keçmiş Qələbə kinoteatrının qarşısındakı meydanı, Nərimanov kinoteatrının qarşısındakı meydanı, Ukrayna meydanı, Füzuli meydanını və Təbriz (keçmiş Sevinc) kinoteatrının qarşısını göstərib. Aksiya ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalini mülkiyyət hüququnun toxunulmazlığının təmini, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata təzyiqlərin dayandırılması tələbi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR