Bank Of Baku

Ali Məhkəmədə Heydər Əliyevin 85 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilib

Ali Məhkəmədə Heydər Əliyevin 85 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilib
# 06 may 2008 13:15 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Ali Məhkəmədə Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev konfransda “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. R. Rzayev H. Əliyevin dövlət idarəçiliyində daim hüququ, qanunun aliliyini rəhbər tutduğunu, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatını dövlətin ali vəzifəsi saydığını bildirib. O, Ali Məhkəmənin hakim korpusunun H. Əliyevin təqdimatı ilə formalaşdığını da vurğulayıb. Konfransda YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə H. Əliyevin ömür yolu barədə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR